Cəmiyyət

Rüşvətə görə həbs edilən sabiq məktəb direktoruna nə qədər CƏZA VERİLDİ?

 

Ali Məhkəmədə Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin sabiq direktoru Tofiq Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttihama görə, Tofiq Cəfərov Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışarkən vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla şəxsən və qeyrisi vasitəsilə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən alıb.

Həmçinin o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirib.

Onun barəsində dələduzluq və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.

Pravda.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir