Hərb Manşet

Macarıstanın müdafiə naziri “N” hərbi hissəsində olub

“Zirvə yolu” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan Macarıstan Respublikasının müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti “N” hərbi hissəsini ziyarət edib.

Əvvəlcə nümayəndə heyəti Bakı və Sumqayıt şəhərlərində içərisində macar əsgərlərinin də olduğu hərbi əsirlərin dəfn olunduğu məzarlıqları ziyarət edərək abidələrin önünə əklillər qoyub, xatirələrini yad edib.

Macarıstanlı qonaqlar rayon icra hakimiyyətlərinin nümayəndələrinə məzarlıqlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonra “N” hərbi hissəsinə gələn nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində nümunəvi çıxışları izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir