Qanunsuz erməni silahlılarının Xocalıda fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb
Qanunsuz erməni silahlılarının Xocalıda fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.