ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Çinin paytaxtı Pekinə səfər etməyi planlaşdırır.
“Zirvə yolu” “Politico”ya istinadən xəbər verir ki, hazırda səfərin təfərrüatları üzərində iş aparılır.
Bildirilib ki, Amerika diplomatiyasının rəhbəri Yaxın Şərqə səfərini başa vurduqdan sonra Pekinə getmək niyyətindədir.