Hərb Manşet

“GÖZDE” seriyalı istehsala hazırdır

Türkiyə Müdafiə Sənayesi nazirinin başçılığı (SSB) ilə imzalanan Müasir Sursat Təchizat Layihəsi çərçivəsində təslim ediləcək “GÖZDE” təlimat dəsti seriya istehsala hazırdır.

“TÜBİTAK SAGE” ilə ortaq şəkildə hazırlanmış” GÖZDE” bələdçi dəsti 500 lb, öz sinfində olan “MK-82” markalı ümumi təyinatlı bombaları “INS/GPS“ və Lazer Axtarış Başlı (LAB) idarə olunan sursatlara çevirir, sabit və yüksək sürətlə hərəkət edən (50 -120 km/saat) hədəfləri dəqiq vurmağa imkan verir.

“GÖZDE” sursatlarının uçuş sınaqları tamamlanmış ,“F-16” və “AKINCI SİHA” platformalarından ilk atış sınaqları həyata ke-çirilmişdir. Atış testlərində hədəf yüksək dəqiqliklə vurulmuşdur. Hazırda “GÖZDE” bələdçi dəstinin seriya istehsalı davam edir.” F-16” sertifikat testləri çərçivəsində Konya Karapınar Atıcılıq Poliqonunda atışlar uğurla həyata keçirilmişdir. SSB, Hava Qüvvələri Komandanlığı, “ASELSAN” və TÜBİTAK SAGE” nümayəndələrinin qoşulduqları fəaliyyətdə, “ANS” idarəolunan dəstli bomba izləmə təyyarəsi tərəfindən lazerlə işarələnmiş hədəfi tam dəqiqliklə vurmuşdur.

“GÖZDE” uğurlu atış sınaqlarından sonra “AKINCI” platformasına inteqrasiya edilib. “GÖZDE-ANS”, “MK-82(500 lb)” ümumi təyinatlı bombaları “ANS/Lazerlə” idarə edən bir dəstdir və lazer axtarış başlığı sayəsində hərəkət edən hədəflərə qarşı da səmərəli işləyir.

“ASELSAN “ın idarə heyətinin sədri və baş direktoru professor, doktor Haluk Görgün qeyd etmişdir ki, bu sınaq ölkəmizə əhəmiyyətli bir üstünlük verəcəkdir.

“GÖZDE” sursatının uçuş sınaqlarının uğurla həyata keçirildiyini bildirən Haluk Görgün, “ilk atış sınaqlarında 28 min 500 fut yüksəklikdən 0,9 mach sürətlə atılan” GÖZDE-ANS” idarəedici dəstli bomba 13 kilometr uzunluğunda məsafədən hədəfi vurmuş və bu da izləyici təyyarə tərəfindən lazerlə işarələnilmişdir. “F-16” sertifikat testləri çərçivəsində davam edən fəaliyyətlər zamanı 40 min fut hündürlükdən 0,9 mach sürətlə atılan başqa bir “GÖZDE-ANS” idarəedici dəst bombası 21 kilometr uzunluğunda məsafədən lazer işarəsi ilə hədəfi vurmuşdur. İzləyici təyyarə tərəfindən lazerlə işarələnmiş diapazonda “GÖZDE-ANS”, “MK-82(500 lb)” markalı ümumi təyinatlı bombaları “ANS/Lazerlə” idarə edən və “F-16 “ təyyarələrindən 40 min fut hündürlükdən atıldıqda 28 kilometr uzunluğunda məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malik olan dəstdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir