İqtisadiyyat

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 22 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 milyard 527,581 milyon manat təşkil edib.

“Zirvə yolu” DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 625,175 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə – 22,4 % artaraq 1 milyard 802,573 milyon manat, aksizlər üzrə – 48,8 % artaraq 79,541 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 13 % azalaraq 20,291 milyon manat olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir