“Gəncədə yenidən futbolun əzəmətli səsi ucalacaq”.
“Zirvə yolu”nun məlumatına görə, bunu “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri yeni baş məşqçi Azər Məmmədovun təqdimat mərasimində deyib.
Funksioner bildirib ki, 47 yaşlı mütəxəssis uzunmüddətli yola çıxmaq istəyirlər: “Uğuru birdən-birə qazanmaq olmaz. Məqsədimiz odur ki, yaxşı kollektiv formalaşdıraq və akademiyadakı gəncləri tədricən əsas komandaya cəlb edək. Bunlar uzunmüddətli proqramdır. Bu işi birlikdə bacaracağımıza inanıram”.
İ.Nadiri gələcəkdə sponsor məsələsinin də həll olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, “Kəpəz” Azər Məmmədovla 1+1 illik müqavilə imzalayıb.