İqtisadiyyat

“Azərsu”: “Qarabağda yağış sularının idarə olunması infrastrukturu yaradılır”

Füzuli və Ağdam şəhərlərində həm içməli, həm kanalizasiya, həm də yağış sularının idarə olunması sistemlərin qurulması planlaşdırılır.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Ağdam şəhərində yağış suları anbarlarda təmizlənib həm texniki, həm də yaşıllıqların suvarılması üçün istifadə oluna bilər: “İlk dəfədir ki, hansısa şəhəri belə bir sistem tamamilə əhatə edir. Orda həm içməli, həm kanalizasiya, həm də yağış suları sistemləri yaradılır. Füzuli, Ağdam, daha sonra Cəbrayıl və digər bölgələrdə ayrılmış yağış suları infrastrukturu olacaq. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hər bir yaşayış məntəqəsində bu sistemin yaradılması nəzərdə tutulur”.

A.Cəbrayıllı qeyd edib ki, Cəbrayılda, Zəngilanda, Qubadlıda, eyni zamanda, Kəlbəcərdə bununla bağlı layihələndirmə işləri həyata keçirilir: “Cəbrayılda bu layihə hazırdır. Orda yeraltı sulardan istifadə olunacaq. Anbarlar, paylayıcı şəbəkələrin qurulması planlaşdırılır. Bu gün tikintisi davam edən Şuşa və Kəlbəcərdə ilkin olaraq yerüstü mənbələrdən, Laçın, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlıda yeraltı mənbələrdən istifadə olunması nəzərdə tutulur. Bu işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında məskunlaşma olacaq, köçə hazırlıq görüləcək ərazilərdə icra edilir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir