İdman

Şuşadakı beynəlxalq basketbol turnirində qalib bu gün müəyyənləşəcək

3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə bu gün yekun vurulacaq.

“Zirvə yolu”nun məlumatına görə, Macarıstan millisi 1/4 finalda Rumıniya yığması ilə, Almaniya seçməsi isə Yaponiyanın G FLOU klubu ilə üz-üzə gələcək.

“Neftçi” klubu yarımfinalda Macarıstan – Rumıniya cütünün qalibi ilə görüşəcək. Niderland komandası isə Almaniya – G FLOU duelinin güclüsü ilə qarşılaşacaq.

Qarşılaşmalar saat 13:00-da start götürəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir