Niderlandda bu ölkənin oxucularını Azərbaycanda baş verən hadisələr və xəbərlər haqqında məlumatlandıracaq holland dilində “karabach24.nl” xəbər saytı fəaliyyətə başlayıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Haaqadakı səfirliyindən məlumat verilib.
Elektron qəzet Niderland vətəndaşı olan soydaşlarımız tərəfindən yaradılıb. Burada gündəlik olaraq Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında baş verən ən mühüm hadisələr haqqında oxuculara məlumat veriləcək. “Analitika” və “Müsahibələr” kimi xüsusi rubrikalarda azərbaycanlı və xarici ekspertlərin məqalələri dərc olunacaq.
“Qarabağ” rubrikasında isə Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma, bərpa işləri və sosial-iqtisadi inkişaf prosesləri ilə bağlı materialların yerləşdirilməsi nəzərdə tutulur. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Qarabağ bölgəsinin tarixi və mədəni irsi ilə bağlı materialların hazırlanması üçün “karabach24.nl” xəbər saytına informasiya dəstəyi göstərəcək.