İqtisadiyyat

Azərbaycanda lisenziyasız investisiya şirkəti ləğv olunur

“Novocapital İnvestisiya Şirkəti” QSC ləğv olunduğunu elan edib.

“Zirvə yolu” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 15 A, mənzil 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Novocapital İnvestisiya Şirkəti” ötən ay yaradılıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Həmdulla Natiq oğlu Əzizovdur. Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir