Dünya

Paşinyan Qarabağın bir hissəsini qaytarmağa söz verib…

Ermənistanın Baş naziri Nikol Paşinyan terror qruplaşması sayılan Sasna Çrer liderləri ilə danışıqlar aparıb. Bu dəfə görüş tam konfidensial xarakter daşıyıb.

Zirveyolu.info  axar.az-ın məlumatına əsasən bildirir ki, Ermənistanın 7or.am saytı bu gizli görüşlə bağlı bəzi sensasyon bilgilər əldə etdiyini yayıb.
Belə ki, müzakirə olunan dörd mühüm məsələ arasında Dağlıq Qarabağ münaqişəsi də diskussiya obyekti olub:

“Paşinyan artıq Qarabağın bir hissəsinin boşaldılmasına söz verib. İndi müzakirə olunan məsələ məhz hansı rayonların qaytarılmasından gedir”.

Saytın əldə etdiyi digər məlumata görə, Ermənistan Gümrüdəki Rusiya bazasından da azad olmaq istəyir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir