İdman

La Liqa klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

İspaniyanın “Valensiya” klubu baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.

“Zirvə yolu” “yarasalar”ın rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Baraxa fevralda baş məşqçi təyin olunmuşdu.

Qeyd edək ki, “Valensiya” La Liqada başa çatan mövsümü 42 xalla 16-cı pillədə başa vurub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir