“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası müəyyənləşdiriləcək
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası müəyyənləşdiriləcək.
“Zirvə yolu”nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncamında əksini tapıb.
Sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək tapşırılıb.