Azərbaycan sərhədçiləri Ermənistanın təxribata başladığı postunu darmadağın edib.
“Zirvə yolu” xəbər verir ki, iyunun 15-də Ermənistan silahlı qüvvələri Zəngilan rayonu istiqamətində təxribat törədib.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) cavab tədbirləri nəticəsində düşmənin postu tamamilə dağıdılıb.
Xatırladaq ki, ötən gün Azərbaycanın dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Ermənistan silahlı birləşmələri silahlı təxribata əl atıblar. Əvvəlcə Azərbaycan sərhəd zastavasına atıcı silahlardan atəş açılıb, daha sonra isə minaatan artilleriya və digər döyüş sursatlar işə salınıb. Azərbaycan hərbçiləri adekvat cavab tədbirləri görüblər.