MM taksi fəaliyyətinə dair yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklikləri ilk oxunuşda qəbul edib
Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Zirvə yolu”nun xəbərinə görə, layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.
Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Zirvə yolu”nun xəbərinə görə, layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Daha sonra “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ətrafında deputatlar çıxış edəcəklər.