İqtisadiyyat Manşet

Quba-Xınalıq yolu boyunca hərəkət bərpa olunub

Quba-Xınalıq avtomobil yolunda təxirəsalınmaz tədbirlər nəticəsində təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub

“Zirvə yolu” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, güclü yağış nəticəsində yaranmış sel suları avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

11:13

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Quba-Xınalıq avtomobil yolunun bir hissəsini lil və qaya parçalarından təmizləyib.

“Zirvə yolu” bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, güclü yağış nəticəsində yaranmış sel suları yolun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Agentliyinə məxsus “5 N-li Yol İstismarı” MMC təbii fəlakət baş verdiyi andan etibarən tədbirləri görüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər edib.

Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissəsində işlər davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir