“Ermənistanın dövlət gerbində 30-a yaxın səhv var”.
“Zirvə yolu” xəbər verir ki, bunu ölkənin Rəssamlar İttifaqının keçmiş sədri Karen Aqamyan “Aysor”a müsahibəsində bildirib.
O deyib ki, bu məsələni 10-12 il əvvəl müxtəlif səviyyələrdə qaldırıb.
K.Aqamyan bildirib ki, gerblə bağlı məsələ yenidən gündəliyə gəlsə təkliflərini verəcək: “İndiki gerbimizdə, yumşaq desək, 30-a yaxın səhv var ki, onları düzəltmək lazımdır”