Səhiyyə

“Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda beynəlxalq konqres keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda beynəlxalq elmi-praktik konqres keçirilib.

“Zirvə yolu” xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, Türkiyə, Rusiya, İsrail, Almaniya, Gürcüstan və Litvanın tanınmış elm xadimləri iştirak ediblər.

Tədbirdə Dövlət himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına ETKİ-nin 45 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini qeyd edərək Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ETKİ-nin tarixi yoluna nəzər salıb və görülən mühüm işlərdən bəhs edib. Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru beynəlxalq konqresin ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.

Digər çıxışçılar Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar və konqresin əhəmiyyəti haqqında məlumat veriblər.

400-ə yaxın həkimin iştirakı ilə keçirilən beynəlxalq konqresdə tibdə yeni istiqamət – kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb və suallar cavablandırılıb. Həmçinin konqres çərçivəsində “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilib.

Beynəlxalq elmi-praktik konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 23 DTT kredit balı ilə qiymətləndirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir