Ermənistan ordusu niyə təşviş içindədir? Ordunun 1 nömrəli hazırlıq səviyyəsinə gətirilmə səbəbi nədir?
Ermənistan ordusu niyə təşviş içindədir? Ordunun 1 nömrəli hazırlıq səviyyəsinə gətirilmə səbəbi nədir?
Artıq neçə gündür ki, Ermənistan silahlı qüvvələrinin 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsinə dair məlumatlar gəzir. Ayrı-ayrı vaxtlarda şərti Azərbaycan-Ermənistan sərhədlərində müşahidəçi qismində iştirak edənlər də ərazidən təcili təxliyə edilib. Ermənistan mətbuatına istinad etsək bütün bunların nəticəsi kimi Azərbaycan ordusunun hərəkətliliyini göstərirlər. Bir neçə gün öncə Amerika Ermənistandakı səfirlik işçilərinin Azərbaycan Ermənistan şərti sərhəddinə yaxınlaşmasını qadağan etdi.
Bəs şərti sərhəddə nələr baş verir?
Birincisi bütün olaylara diqqət etsək Sərhədçilərimiz Azərbaycan ərazisində bayrağımızı dalğalandırmaq istəyəndə Erməni silahlı birləşmələrinin atəşi nəticəsində bir əsgərimiz yaralandı. Bu da bizim adekvat cavab verməyimiz üşün bir əsasdır. Daha sonra isə Laçın, Kəlbəcər və digər istiqamətlərdə Ermənilər minaatanlardan belə istifadə etməklə mövqelərimizi atəşə tutdular. Bütün məlumatları analiz etdikdə Ermənistan tərəfindən hücumun hazırlandığı aydın görünür.
Artıq iki ilə yaxındır ki, işğaldan azad olunan ərazilərimizdə Komando hərbi birlikləri yaradılıb və həmin birliklər mütəmadi olaraq döyüş şəraitinə yaxın təlimlərə cəlb olunurdular. Bütün bunların nəticəsi kimi isə erməni təxribatının qarşısının alınması məqsədi ilə həmin Komando birlikləri döyüşlərə cəlb edilir və bunun nəticəsində düşmən nəzarətində olan hakim yüksəkliklər və bəzi ərazilər azad olunur.
Qayıdaq artıq 4 gündür baş verən Kəlbəcər, Laçın və Naxçıvan isitiqamətində eşidilən atəş səslərinə. Azərbaycan tərəfi ermənilərin son günlərdə əl atdığı təxribat əməllərinin qarşısını almaq üçün Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində düşmənə layiqli cavab verildi. Bu bir daha onu göstərir ki, Ali Baş Komandanın dəfələrlə qeyd etdiyi kimi Ermənistanın istənilən təxribatının qarşısını almaq üçün dəmir yumruq öz yerindədir və bizim heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur, yalnız Azərbaycanın sərhəddi çərçivəsində torpaqlarımızı müdafiə və mühafizə edirik.
Və burdan da aydın görünür ki, Azərbaycan bütün hərbi əməliyyatları öz ərazisində keçirir və antiterror əməliyyatları həyata keçirərək Qarabağda yerləşən separatçıları ərazidən ya tərksilah etməli ya da məhv etməlidir. Bir daha qeyd edirəm ki, son günlər baş verən hadisələri və həmçinin Ermənistan Ordusunun hərəkətliliyini nəzərə alaraq Azərbaycan tərəfinin yenidən Antiterror əməliyatının keçirilməsi mümkündür. Bu da torpaqlarımızın müdafiəsi və mühafizəsi üçün zəruri tədbirdir.
Burda bir məqama da toxunmaq istəyirəm ki, Ermənilər hay-küylə şərti Azərbaycan sərhəddinə gətirdikləri müşahidəçiləri niyə tələsik ərazidən təxliyə edirlər. Əgər Azərbaycan tərəfi tez-tez atəş açırsa onların əlində gözəl bir şans olardı ki, bunu da Erməni xisləti olaraq qaçaraq dünyaya səs salardılar. Amma hadisələrin gedişatına nəzər salsaq aydın olur ki, burda Erməni tərəfənin nəsə planı var və həmin müşahidəçiləri də ərazidən uzaqlaşdırmaqda məqsədləri var. Deməli Ermənistan Silahlı Birləşməsinin hərəkətliliyi aydındır və yenə də hansısa təxribata əl atmaq istəyirlər.
Şərti Azərbaycan sərhəddində yerləşən Erməni ordusunu analiz edəndə və son günlər yayılan videolara nəzər salanda məlum olur ki, bunlar sərhəd boyu mövqelər qazır, ərazidə güclənmə aparırlar. Burdan da aydın olur ki, əgər ordumuz antiterror əməliyyatı keçirərsə ermənilər müxtəlif təxribatlara əl ataraq cəbhəni böyütmək, qüvvələri iki hissəyə bölməyə çalışacaqlar. Bu zaman erməni lobbisi və mediası saçlarını yolaraq dünyaya çatdırmağa çalışacaqlar ki, Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etməyə çalışır.
Şərti sərhəd boyu ərazilərdə 1 nömrəli hazırlıq veriləndən sonra Ermənistan müdafiə naziri Suren Papikyanın tələsik Fransaya səfəri də maraqlı məqamlardan biridir. Son günlər Fransanın Ermənistan arsenalını gücləndirməsi vədləri bir daha onu sübut edir ki, Ermənistan silahlı birləşməsinin təxribatlara əl atması qaçılmazdır. Burda həm də Ermənistan Siyasi hakimiyətinin də sözdə sülh işdə isə yenə də sözlərinə əməl etməyərək müxtəlif addımlarla fikir yayındırmağa çalışmasıdır.
Ancaq istənilən halda Azərbaycan Silahlı Qüvvələri bütün təxribatların qarşısını almağa tam hazırdır və 24 saat ərzində torpaqlarımızı müdafiə və mühafizə edir. Dəmir yumruq da ki, öz yerində. Fərqi yoxdur Ermənistan ya qeyrisi. Ölkəmizin suverenliyini, ərazi bütövlüyünü pozmaq istəyən istənilən ölkəyə cavab verməyə tam hazırdır!
Anar Şuşalı