Futbol üzrə Belçika millisinin düşərgəsində qalmaqal baş verib.
“Zirvə yolu”nun “The Sun” nəşrinə istinadən məlumatına görə, qapıçı Tibo Kurtua yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə oyun öncəsi məşqini boykot edib.
Buna Avstriya seçməsi ilə matçda (1:1) kapitanlıq sarğısının 31 yaşlı qolkiperə həvalə edilməməsi səbəb olub. Kevin De Brüynenin yoxluğunda komandanı meydana kapitan kimi Romelu Lukakunun çıxarması Kurtuanı qəzəbləndirib. Nəticədə o, Estoniya ilə oyunöncəsi məşqə çıxmayıb.
Qeyd edək ki, iyunun 20-də keçiriləcək F qrupunun Estoniya – Belçika matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Azərbaycan millisi də bu qrupda mübarizə aparır.