Manşet Siyasət

Prezident 2022-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunu təsdiqləyib.

“Zirvə yolu”nun xəbərinə görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib.

Sənədə əsasən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir