Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanuna əsasən büdcənin gəlir mənbələri üzrə proqnozların çoxu dəyişib.
“Zirvə yolu” dəyişiklikləri təqdim edir:
Gəlirlərin mənbələri | Məbləğ (manatla) | ||
Əvvəl | İndi | ||
2.1 | Fiziki şəxslərin gəlir vergisi | 1 680 000 000,0 | 1 700 000 000,0 |
2.2 | Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi | 6 417 000 000,0 | 7 478 100 000,0 |
2.3 | Hüquqi şəxslərin torpaq vergisi | 46 000 000,0 | 46 000 000,0 |
2.4 | Hüquqi şəxslərin əmlak vergisi | 302 800 000,0 | 312 000 000,0 |
2.5 | Əlavə dəyər vergisi | 6 042 446 000,0 | 7 207 250 000,0 |
2.5.1 | Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi | 3 228 146 000,0 | 4 060 250 000,0 |
2.6 | Sadələşdirilmiş vergi | 278 600 000,0 | 325 000 000,0 |
2.7 | Aksizlər | 1 377 750 000,0 | 1 384 750 000,0 |
2.7.1 | Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər | 176 750 000,0 | 171 750 000,0 |
2.8 | Yol vergisi | 135 900 000,0 | 125 900 000,0 |
2.8.1 | Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi | 50 000 000,0 | 40 000 000,0 |
2.9 | Mədən vergisi | 160 400 000,0 | 162 000 000,0 |
2.10 | Gömrük rüsumları | 1 348 382 000,0 | 1 456 000 000,0 |
2.11 | Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar | 112 000 000,0 | 186 000 000,0 |
2.12 | Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar | 1 870 000,0 | 1 870 000,0 |
2.13 | Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər | 321 210 000,0 | 321 210 000,0 |
2.14 | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) | 11 280 000 000,0 | 11 737 700 000,0 |
2.15 | Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar | 20 000 000,0 | 25 000 000,0 |
2.16 | Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar | 10 000 000,0 | 10 000 000,0 |
2.17 | Dövlət rüsumu | 272 000 000,0 | 300 000 000,0 |
2.18 | Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar | 22 000 000,0 | 22 000 000,0 |
2.19 | Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar | 726 500 000,0 | 857 000 000,0 |
2.20 | 2023-cü il yanvarın 1-ə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun vəsaitinin qalığı | 9 028 925,0 | 22 628 925,0 |
2.21 | Sair daxilolmalar | 210 091 075,0 | 210 091 075,0 |