Cəmiyyət

Ramiz Mehdiyevin bankı ÇÖKÜŞ ASTANASINDA… – DETALLAR

Azərbaycanın ən kiçik banklarından olan «Bank BTB» işçilərinin bir hissəsini ixtisar edib.

2022-ci ildə bankın işçilərinin sayı 23% və ya 78 nəfər azalıb.

Qeyd edək ki, Bank BTB-də işçilərin ixtisarlarına 2022-ci il başlayandan dərhal sonra start verilib və il boyu davam edib.

Belə ki, 2021-ci ilin sonunda bankın 341 əmək daşı olduğu halda 2022-ci ilin martın sonunda bu rəqəm 318 nəfər, 2022-ci ilin iyunun sonunda 258 nəfər, 2022-ci ilin sentyabrın sonunda 262 nəfər, 2022-ci ilin dekabrın sonunda isə 263 nəfər olub.

Qeyd edək ki, Bank BTB-nin işçilərinin sayında böyük ixtisar olduğunu bankın əmək haqqı xərclərindən də görmək mümkündür. Belə ki, 2022-ci ildə Bank BTB əmək haqqı xərci ən çox azalan banklardan olub, bankda bu məbləğ 20% aşağı düşüb.

***

Azərbaycanın ən kiçik banklarından olan Ban BTB-nin filial şəbəkəsi sürətlə kiçilir.

İşçilərinin bir hissəsinin ixtisarı ilə yanaşı, bankın filialları da bağlanır.

Son iki ildə Bank BTB-nin ümumilikdə 8 filialı və şöbəsi bağlanıb.

2021-ci ildə 3 filial, 2022-ci ildə isə 5 filial fəaliyyətini dayandırıb.

2021-ci ildə bankın ləğv edilmiş filial və şöbələri

1. “İçərişəhər” şöbəsi – Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 9

2. “Xətai” filialı – Yasamal rayonu, Şixəli Qurbanov küçəsi. 2/15, Qapı 8

3. “Ticarət” filialı – Yasamal A.Ağayev küçəsi 563

Nəticədə bankın filiallarının sayı 2020-ci ilin sonundakı 13- filialdan 10 filiala enib.

2022-ci ildə isə bankın ləğv edilmiş filial və şöbələri

1. “28 May” filialı – Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 20

2. “Sahil” filialı – Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, bina 191

3. “Promo” filialı – Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 174

4. “Ganclik” filiali – Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, bina 12, blok “C””

5. «Səbail» filialı – Bakı şəhəri, Yasamal M.M.Əbilov küçəsi, ev 59

Filialların hamısı 2022-ci ilin sentyabrında ləğv edilib.

Nəticədə 31 dekabr 2022 ci il tarixinə Bankın 7 filialı və 2 bölmesi mövcud olub. //fed.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir