“Rusiya Prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər”.
“Zirvə yolu” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
O bildirib ki, bu təhlükə realdır.
C.Bayden V.Putinin Rusiyanın Belarusa ilk taktiki nüvə silahlarını yerləşdirməsi ilə bağlı açıqlamasını məsuliyyətsizlik kimi qiymətləndirib.
Qeyd edək ki, Rusiya rəsmiləri, o cümlədən Prezident V.Putin bir neçə dəfə deyiblər ki, Ukrayna ilə müharibədə nüvə silahının tətbiqi mümkündür.