Sosial

Mediamızı oğurlayan HƏYASIZ SAYTLAR – Sonunuz gəlir!

Bu gün hələ də bəzi saytlar başqa media qurumuna aid xəbərləri istinadsız formada verməyə davam edir. Üstəlik həyasız şəkildə…

Onlar xəbərin başlığı, yarımbaşlığı, yaxud mətni üzərində oynayır, şəkildəki loqonu silməklə məlumatı öz adlarına keçirirlər. Daha doğrusu etdiklərini sanırlar. Hətta bəziləri bu məlumatların onların olması yalanına belə özlərini inandırırlar.

Bu yerdə atalarımızın bu sözü lap yerinə düşür: “Oğru necə bağırdısa, doğrunun bağrı çatladı”.

Maraqlıdır, bu cür oğurluq hallarıyla mübarizədə Mətbuat Şurası hazırda hansı işlər görür?

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, MŞ Şikayətlər üzrə Komissiyasının sədri Müşfiq Ələsgərli Redaktor.az-a açıqlamasında bildirib ki, son vaxtlar hansısa informasiya agentliyinin nəinki yazısı, hətta ad və loqosunu da oğurlayırlar:

“Müəllif hüquqları məsələsi həmişə aktual olub. Həssas məsələ olduğu üçün bu, həm qanunvericilik, həm də “Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları”nda öz əksini tapır. Bilirsiniz ki, ənənəvi mediada bu məsələyə diqqət yetirilib. Lakin onlayn mediada “Coppy Paste” jurnalistikası bağlı ciddi problemlər var. Bunun mahiyyəti odur ki, informasiyanı kimin istehsal etməsindən asılı olmayaraq qısa müddətdə yazı götürülür, başlıq və ya yarımbaşlıq dəyişdirilərək, istinadsız verilir. Bu, ciddi şəkildə qanun pozuntusudu və ona qarşı ciddi addımlar atılmalıdır. Müəllif hüquqlarının pozulması təkcə bir yazıyla kifayətlənmir. Son vaxtlar hansısa informasiya agentliyinin nəinki yazısı, adı, hətta loqosunu da oğurlayırlar. Eyni adlı saytın sürətini çıxarıb, onu bir nöqtə fərqiylə ayırırlar. Bu, cəmiyyəti çaşdırmaq üçündür. Məhkəmədə bununla bağlı kifayət qədər işlər var.

Məsələdə dolaşıq yaradan məqam da var. Belə ki, indiyə qədər qanunlarda bununla bağlı mmüəyyən boşluqlar vardı. Məsələn, domen adlarıyla bağlı qanun yoxdur. Artıq bu məsələdə müəyyən təkmilləşmələr gedir. Bilirsiniz ki, Azərbaycanda müəllif hüquqlarını qoruyacaq mexanizm yaradılır. Əqli Mülkiyyət Agentliyi yeni bir format yaradıb. Onlayn şəkildə müraciət edib, cüzi ödənişlə müəllif hüququna sahib olmaq mümkündür. İndiki məqamda bu məsələdə jurnalistlər də səhlənkarlıq nümayiş etdirirlər. Onlar hansısa veriliş, layihə hazırlayan zaman sözügedən quruma müraciət edib, patent almalıdır. Təəssüf ki, əksər sayt və jurnalist bunu etmədiyinə görə, onların hüquqlarını müdafiə etmək mümkün olmur. KİV-in bu dəyişiklərdən istifadə etməlirini məsləhət görərdim.

2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər edildi. Həmin qanunun tərkibində onlayn sferada müəllif hüquqlarının qorunması üçün müəyyən təminatlar yaradıldı. Qanunvericilik məsələsində müəyyən düzəlişlər olunub və müəyyən mexanizmlər yaradılıb. “Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları” plagiatlığı yolverilməz sayır və ona qarşı mübarizə aparır. Bizim KİV belə hallarla qarşılaşarlarsa, Mətbuat Şurasına müraciət edə bilərlər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir