“Sumqayıt” klubu yeni transferini rəsmiləşdirib.
“Zirvə yolu” “Gənclik şəhəri” təmsilçisindən verilən məlumata görə xəbər verir ki, “Qəbələ”dən ayrılan Rövlan Muradovla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi 2017-ci ildən əsas komandada çıxış edib.