Təhsil

Magistraturaya qəbulla bağlı qabiliyyət imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələrini elan edib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə DİM-in Mətbuat Xidmətindən məlumat verilib.

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər.

https://eservices.dim.gov.az/erizemag/qabiliyyet

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında iyunun 23-də saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir