Cəmiyyət

FHN: “Bakıda yaşayış binasında 840 kvadrat metr sahə yanıb, səbəbi araşdırılır”

Bakıda baş vermiş yanğına ümumilikdə 18 əsas və xüsusi texnika, 90 nəfər şəxsi heyət cəlb olunub.

“Zirvə yolu”nun xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səhər saat 07:02-də FHN-in idarəetmə xidmətinin “101” mərkəzinə İnşaatçılar prospekti 80 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub: “Dərhal hadisə yerinə ilk olaraq Yasamal Dövlət Yanğından Mühafizə Hissəsinin yaxınlıqda olan qüvvələri cəlb olunub. Hadisə yerinə çatan ilkin yanğınsöndürmə rəhbəri yanğını nəzərə alaraq dərhal hadisə yerindən çağırış işi təyin edilib. Bununla da Bakı Qarnizonunun qüvvə və vasitələri yanğının söndürülməsinə cəlb olunub. Yanğına ümumilikdə 18 əsas və xüsusi texnika, 90 nəfər şəxsi heyət cəlb olunub. Beşmərtəbəli binanın yanan əsas hissəsi dam örtüklüdür. Onun 4 mərtəbəsi yaşayış üçün nəzərdə tutulan, 5ci isə sonradan tikilmədir və dəhliz tiplidir. Orada əvvəllər emalatxanalar fəaliyyət göstərib. Sonra binada müəyyən otaqlar özəlləşdirildikdən sonra digər formada fəaliyyət göstərib”.

R.Xudiyev deyib ki, ümumilikdə binanın dam örtüyünün sahəsi 1640 kvadrat metrdir: “Onun 840 kvadrat metri yanğına məruz qalıb. Digər hissəsi isə mühafizə olunub. Bununla yanaşı, aşağı mərtəbələr mühafizə olunub. Hazırda yanğın texnikaları işləməkdədir. Saat 09:29 radələrində yanğın tam söndürülüb. Dam örtüyünün dəmir lövhələri təmizləndikcə təhlükə törədən mənbələr söndürülür. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. İstintaq qrupunun işindən sonra məlum olacaq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir