Manşet Siyasət

Azərbaycanın XİN başçısı: “Bu ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər”

“Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”.

“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də mümkündür.

Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır: “Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir