İdman

III Avropa Oyunları: Azərbaycan yığması 17-ci yeri tutub

Atıcılıq üzrə Azərbaycanın yığması Polşada keçirilən III Avropa Oyunlarında 17-ci yeri tutub.

“Zirvə yolu”nun məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.

Onlar üç cəhdin cəmində 572 xal toplayıblar. Azərbaycan yığması komanda hesabında 28 iştirakçı arasında 17-ci olub. Burada ilk dörd yerin sahibi final mərhələsinə yüksəlib.

Qeyd edək ki, həm Ruslan Lunyov, həm də Nigar Nəsirova qarşıdakı günlərdə fərdi şəkildə 25 m məsafəyə pnevmatik tapançadan atəş açmadada çıxış edəcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir