İqtisadiyyat

Azərbaycan minik avtomobillərin istehsalını üç dəfə artıracaq

Azərbaycanda 2023-cü ildə 6 000 ədəd minik avtomobili istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 3 dəfə çoxdur.

Redaktor.az-ın Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda 2 000 ədəd minik avtomobilin istehsalı gözlənilir və ilbəil 1 000 ədəd artacağı və 2023-cü ildə 6 000-ə çatacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 969 ədəd minik avtomobili istehsal edilib.

Azərbaycanda maşın və avadanlıqların istehsalı üzrə proqnoz göstəricilər:

 

Maşınqayırma sənayesi (növ üzrə)

 

 

2018-ci il

 

 

2019-cu il

 

 

2020-ci il

 

 

2021-ci il

 

 

2022-ci il

 

 

2023-cü il

Odsöndürənlər 11 896 13 086 13 436 14 636 16 936 17 336
Traktorlar 1303 1050 830 930 980 1 030
Yük avtomobilləri 68 70 620 760 840 680
Qoşqular və yarımqoşqular 761 760 770 780 790 800
Minik avtomobilləri 969 2 000 3 000 4 000 5 000 6 000
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir