Bu gün Azərbaycanda hamı Gədəbəydə baş verən hadisələrdən danışır. Hər kəs baş vermiş hadisəyə öz prizmasından yanaşaraq, şərh verməyə çalışır. Əsl həqiqəti isə bu ixtişaşı təşkil edənlər bilir. Üzdə özlərini ağıllı sayaraq, ciblərində dövlətə aid olan sənədləri gəzdirənlər ürəklərində müxalif fikirləri sərgiləyən şəxslərdir.
Bir məsələni nəzərinizə çatdıraq ki, Gədəbəydə baş verən hadisələr kimlərsə tərəfindən təşkil olunmuşdur. Kimlərinsə maddi maraqlarına toxunularaq, onları bu addımları atmağa vadar etmişdir.
Daxil olan məlumatlardan o da bəlli olur ki, rayondakı etiraz aksiyalarını təşkil edənlər hazırki Gədəbəy rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun və keçmiş Gədəbəy Səhiyyə İdarəsinin rəisi Ramiz Pirverdiyevin qohumlarıdır…
Bəli, bu adamların həmin ərazidə 10 minlərlə qoyun sürüləri, 100 hektarlarla əkin yerləri, örüş yerləri vardır.
Namiq Məmmədovun və Ramiz Pirverdiyevin Rusiya ilə əlaqələri ciddi araşdırılmalıdır. Sonra Ekologiya naziri Muxtar Babayevin bu məsələdə məsuliyyətsizliyi ortaya qoyulmalıdır. Və güman edirik ki, Namiq Məmmədov da, Ramiz Pirverdiyev də, Muxtar Babayev də həbs olunmalıdır. Məsələnin ciddiliyini nəzərə alaraq, Gədəbəydə baş verən hadisələri biraz da dərindən analiz edərək görürük ki, Söyüdlü kəndində 10 minlərlə qoyun sürüləri olan şəxslər varmış. O şəxslər ki, dövlət büdcəsini uzun illər talayaraq, özlərinə mal-mülk yığaraq, bu günki gün isə, həmin maliyyə vəsaitlərindən istifadə edərək, ölkəmizin əleyhinə mitinqlər təşkil edirlər. Kimdir bu şəxslər? Buyurun, tanış olun.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi oliqarx Ramiz Pirverdiyev. Ramiz Pirverdiyevin Söyüdlü kəndində ən böyük otlaq sahəsi və minlərlə qoyun sürüləri var. Ramiz Pirverdiyev Gədəbəy rayon Maliyyə İdarəsinin rəisi, Namiq Məmmədovun şəriki, ən yaxın dostudur. Bunların Rusiyada çox imkanlı qohumları, yaxınları vardır. O Ramiz Pirverdiyev ki, onun Hüquq Mühafizə Orqanlarında böyük cinayət işləri olsa da bir müddət sonra bağlanıb. Ramiz Pirverdiyevlə Namiq Məmmədovun Bakı şəhərində o qədər mülkləri vardır ki, artıq onlar hökumətə meydan oxumaqdan belə çəkinmədilər. Axı, Gədəbəy camaatı qədirbilən, mərd, dövlətə, dövlətçiliyə sadiq olan bir camaatdır. Kimdir bu şəxsləri çaşdıran? Bu adamlar elə təbliğat aparıblar ki, hətta orada iştirak edən şəxsləri, elə təlimatlandırıblar ki, onlar fikirlərindən dönməyəcəklərini belə, dillərinə gətirirlər. Gədəbəydən bu oliqarxları tanıyan şəxslər onu da bildirdilər ki, istər Namiq Məmmədovun, istər Ramiz Pirverdiyevin Rusiyanın Moskva şəhərində böyük biznes şəbəkələri və adamları vardır.
Biz bu gün hamılıqla istəyirik ki, ölkəmizin dilbər guşəsi olan Gədəbəyimizdə sabitlik bərpa olunsun, camaatımız firavan yaşamağa davam etsinlər. Yerdə qalan isə Hüquq Mühafizə Orqanlarının üzərində olan məsələdir ki, onun da həlli yollarını onlar hamıdan yaxşı bilirlər.
Hüquq Mühafizə Orqanları az bir vaxtda, Gədəbəydə bu ixtişaşı törədənlərin kimliklərini ortaya qoyacaqlar.
Sonda onu qeyd edək ki, qədrbilən Gədəbəy camaatı Prezidentimzdən çox razıdır və onun kursunu dəstəkləyirlər. //gundelik-baku.com//