Ölkə ərazisində “yaşıl soyqırımlar” bir baş dırnaq arası ekologiya işçilərinin əliylə (planıyla) həyata keçirilir. Yəni ağac kəsən sahibkara belə göstəriş verib başa salırlar ki, kəsmək istədiyiniz ağacları əvvəl budayın, sonra isə bir müddət keçəndən sonra kəsin ki, diqqəti cəlb etməsin.
Aldığımız məlumata görə, 2021-2022-ci illərdə Masallı rayonun Digah kəndi ərazisində böyük bir yaşıllıq olan ərazi alınaraq , orda hansısa sahibkar tərəfindən sex tikiləcəyi nəzərdə tutulmuşdur.
Həmin sahibkar 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyevlə razılaşaraq həmin ərazidə xeyli miqdarda yaşıl ağacları kəsib məhv edib.
Necə ola bilər ki, yerli ekologiya işçiləri bu böyüklükdə olan “yaşıl terror”u görməsin?!
Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq //Azerinfo.media//