Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubunda debüt edib.
“Zirvə yolu”nun məlumatına görə, 20 yaşlı müdafiəçi “Maritsa”ya qarşı yoldaşlıq matçında meydana çıxıb.
Hüseynov görüşə start heyətdə başlayıb. Qarşılaşma “Arda”nın 3:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.