Dünya Manşet

KİV: Priqojinlə bağlı cinayət işi bağlanmayıb, istintaq davam edir

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə bağlı cinayət işi bağlanmayıb.

“Zirvə yolu”nun xəbərinə görə, bu barədə TASS Baş Prokurorluğa yaxın mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, istintaq davam edir.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir