TƏBİB-in təsisatlarından olan 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədov özünə köməkçi kimi yaxın dostu, müğənni Manaf Ağayevin oğlunu köməkçi götürübmüş. Xəstəxanadan şikayətçi olan həkimlərin biri “Təzadlar”a bildirilib ki, onlar, eləcə də qəbula gələn xəstələr tibbi dərdini və xəstəliyini köməkçi Ağayevə başa sala bilməyiblər deyə, qalıblar çətin vəziyyətdə: “Təsəvvür edin, bu adamın təhsili tibbi sahəyə aid deyil, biz baş həkimin qəbuluna gəlirik, deyir ki, əvvəlcə səbəbini deyin. Başlayırıq xəstəliyin profilaktik və tibbi mahiyyətini həkim dilində izah etməyə, o isə başa düşmür deyə başını bulayıb deyir ki, gedin sabah gələrsiniz. Deyirik, xəstə pis durumdadır, baş həkimə bunları deyin, bildirir ki, mən nə dediyinizi başa düşmürəm… İndi biz neyləyək? Bu necə idarəçilikdir???”.
XXX
Xatırladırıq ki, 13 mart 2023-cü ildə Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb.
Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isı bildirmişdi ki, Müşviq Ağayev Səbail rayon Yol Polis İdarəsinin əməkdaşları tərəfindən təhülkəsizlik kəmərinindən istifadə etmədiyinə görə ona “saxla” əmri verilib. “Avtomobil saxlanılandan sonra onun spirtli içkinin təsiri altında avtomobil idarə etdiyi məlum olub. Bu zaman Müşviq Ağayev yol polisinin qanuni əmrinə tabe olmayıb və onları təhqir edib. Müşviq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa o, yol polisini təhqir etdiyi üçün 8-ci Polis Bölməsinə aparılıb. Onun barəsində 510-cu maddə ilə protokol tərtib olunaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib Məhkəmə protokolu təmin edib və Müşviq Ağayev barəsində 5 sutka inzibati həbs qərarı çıxarılıb”.
Əlavə şərhə zərurət varmı?!
Xatırladaq ki, Müşfiq Ağayevin bu hadisəsindən sonra Fazil Alməmmədov onu bu vəzifəsindən kənarlaşdırlb, amma faktiki olaraq onun bu sahədə bağlılığı qalır…
Ən maraqlısı, Manaf Ağayevin digər oğlu isə TƏBİB-də -Vüqar Qurbanovun rəhbərliyi altında çalışır…
“Təzadlar”ın Araşdırma Qrupu