İdman

Azərbaycan avarçəkəni Londondakı turnirin qalibi olub

Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko Böyük Britaniyanın paytaxtı Londonda təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (Henley Royal Regatta) qalibi olub.

“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, olimpiya sistemi üzrə keçirilən turnirdə idmançı öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticəni göstərib.

Təsnifat mərhələlərini uğurla Dımçenko final yürüşündə Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olub.

Məsafəni 8 dəqiqə 58 saniyəyə qət edən avarçəkən yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.

Qeyd edək ki, 1839-cu ildən təşkil edilən “Henli Kral Reqatası” Beynəlxalq Avarçəkmə Federasiyasının ən nüfuzlu yarışlarından hesab edilir. 5 gün davam edən turnirdə akademik avarçəkənlər hazırkı standartlarda olduğu kimi 2000 deyil, 2112 metr məsafədə mübarizə aparırlar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir