İdman

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

“Zirvə yolu”nun məlumatına görə, 27 yaşlı idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıb. İdmançılar 7-8 iyulda Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir