“İşçiləri helikopterlə təmin etmək sizin səlahiyyətinizdədir. Sizsiniz cavabdeh! İşçilərin həyatını təhlükə altında qoymaqda məqsəd nədir?” DİA.AZ bildirir ki, bununla bağlı SOCAR rəhbərliyinə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Bu gün neftmiləri daşıyan helikopterin xarab olduğunu, neftçilərin risk yaşadığını bildirən hüquq-müdafiəçisi daha sonra əlavə edir:
“Bizə yazdılar: Bu gün yenə helikopter (AZE 69) xarab oldu. Növbə dəyişən neftçilər güclə Pirallahıya çatdırılıb.
Keçən ay 6 dəfə helikopter xarab olub belə…”
İddia olunanlarla bağlı Zirveyolu.info olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…