Nardaran sakini silah-sursatı polisə təhvil verib.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov “AK-74” markalı silahı və həmin silaha aid 24 ədəd 5,45 çaplı patronu könüllü olaraq Sabunçu Rayon polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.