Səkinə Sadıqovanın pulun hesabına təpiklə açdığı qapılar artıq onun üzünə bağlanıb… 2019-cu ildən Sumqayıt Səhiyə Şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqova barəsində yazmaq istəyərkən qeyri-ixtiyari yada “dəlilik kağızı” düşdü. Xatırlatma üçün qeyd edək ki, el arasında dəlilik kağızı deyilən hal, səhiyyədə, 9-B, yəni xəstəliklər cədvəlinin 22-C maddəsini nəzərdə tutur.
Məlumat üçün qeyd edək ki, xəstəliklər cədvəlinin 22-C maddəsinə görə xəstə bilinən adama nəinki vəzifə tutmaq olmaz, bu şəxslər hec hərbi xidmətə aparılmır, hətta bu şəxslərə avtomobil sürməyə icazə verilmir. Yəqin oxucuda “dəlilik kazğızı”nın nə olduğu barədə müəyyən təsəvvür yarandı. Çoxsaylı oxucularımız düşünə bilər ki, bunun, yəni 9-B-nin, “dəlilik kağızı”nın Səkinə Sadıqovaya nə dəxli..?
Xatırlatma üçün qeyd edək ki, 250 mindən artıq əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə, ( indi isə Allah qoymasa həm də Abşeron və Xızı rayonlarının ) rəhbərlik edən Səkinə Sadıqovanın ruhu dispanserdə müalicə olunması barədə xəbərlər yayılır, amma Səkinə Sadıqova bircə dəfə də bu xəbəri təkzib etməyib. Səkinə Sadıqova özü də kollektiv arasında deyir ki, “Mən vergiliyəm”, guya buna “vergi verilib”. Bütün bunlar onu göstərir ki, bu boyda vəzifəni daşıyan şəxsin ƏQLİNDƏ problem var. Adamın yadına lap molla ilə qarı məsələsi düşür. Molla qoca qarının süd verməyən inəyinə süd duası yazır və qarı da sevinir. Sonra məlum olur ki, molla dua əvəzinə qarının ünvanına “SALAM” göndərib. İndi Səkinə Sadıqova da həmin qoca qarının durumuna düşüb. Və vəziyyətdən çıxmaq üçün ora-bura çabalayır, ağlına gələni danışır…
Bəli, Səkinə Sadıqova son zamanlar hər yerdə deyir ki, mənim istənilən qədər pulum da var, yuxarıda oturan adamlarım da… Səkinə deyir ki, qoy Hesablama Palatası, Maliyyə Nazirliyi, Hüquq-Mühafizə Orqanları özlərini yorub barəmdə yoxlamalar aparmasınlar, materiallar toplamasınlar, pulum da var, adamım da, verib məsələni həll edəcəm. Hətta Səkinə Sadıqova məclislərdə deyir ki, PUL KİMDƏDİRSƏ, QANUN DA ONUN TƏRƏFİNDƏDİR. Səkinə Sadıqovanın bu sayıqlaması, Azərbaycan dövlətinə, dövlətçiliyinə qara yaxmaqdır. Bu hələ harasıdır..?
Səkinə Sadıqova ölkə mediasına da ironiya ilə mesaj göndərir ki, nə qədər yazırsınız yazın, yazdıqlarınız elə kağız üzərində qalacaq. Səkinə Sadıqovaya demək istəyirik ki, bütün sivil dünyada media-mətbuat 4-cü hakimiyyət hesab edilir, ay Səkinə…bu sənin üçün mollanın duası-zad deyil ee… Səkinə Sadıqova az qala rəsmi qurumları ittiham edir ki, onlara lazım olan pulu verirəm, hətta deyir ki, mediaya da pul vermək istədim götürmədilər…
Bütün bunlar onu göstərir ki, Səkinə Sadıqova ölkə səhiyyəsinə sanki bazar kimi yanaşır, üzr istəyirik, özünü sanki bazar adamı kimi aparır… Səkinə Sadıqova doğrudan da dövlət məmuru adına yaraşmayan ifadələrdən istifadə edərək bildirir ki, istənilən qapını təpiklə açıram, TƏBİB-də, Hüquq-Mühafizə Orqanlarında ən yüksək vəzifədə işləyən dostlarım var…
Bir sözlə, Səkinənin hərəkətləri, davranışı, danışdıqları normal ağılın məhsulu deyil. Bu adam deyir ki, pulun varsa, nə istəyirsən elə, səni həbs etmək istəyənləri qapına gətir, qapının dalında saxla, sonra da haqqını ver…vəssəlam… Səkinə Sadıqovaya deyirik ki, müdriklər deyib kİ, yerin də qulağı var, ay Səkinə, danışdıqların gərəkən ünvana çatar, gəlib sənin əlini-qolunu bağlayıb, elə öz kabinetindəncə apararlar. Dilini dinc saxla, ay Səkinə…
Səkinə Sadıqovaya deyirik ki, özün də görürsən ki, bu yazıda sənin şəhid ailəsini incitməyin, bayram günlərində işçilərin əmək haqqını kəsməyin, 3 milyon dövlət vəsaitini mənimsəməyin, belindəki 713 min dollarlıq kəmər barədə, haqqında Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işinin başlanması, keçirdiyin saxta tenderlər, Təcili Yardım Stansiyasının sürücülərindən işə qəbul üçün aldığın 10 minlər… Təcili yardım maşınlarına ayrılan yanacağı, ehtiyat hissələrini satdırmağın, 300 minlik şəhərin səhiyyəsinə dövlətin ayırdığı dərman preparatlarını özəl apteklərdə satdırmağın, dövlətin quruma verdiyi 100 kömpüterin içini sökərək qiymətli metal kimi satmağın və s barədə yazmadıq. Bilirsən niyə..? Çünki bu əməllərin barədə artıq dövlət qurumları xəbər tutublar. Və yəqin ki, yaxın zamanda layiq olduğun məkana səni aparacaqlar. Çünki sən cəmiyyət və ictimaiyyət üçün təhlükəlisən. Təkcə rüşvətə və korrupsiyaya görə yox, həm də AĞIL probleminə görə… 9-B-nin səni xilas edəcəyinə də ümid etmə…
Artıq səni Səhiyyə Nazirlıriyinin ( Teymur Musayev), TƏBİB-in ( Vüqar Qurbanov, Araz Nəsirov ) rəhbərliyi də xilas edə bilməyəcək, çünki sənin həmin məclisdə danışdığın söhbətlərdən hamının xəbəri var. //gundelik-baku.com//