Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər toplantısı keçirilir.
“Zirvə yolu” xəbər verir ki, Prezident İlham Əliyev toplantıya qatılıb.
Dövlət başçısı nazirlərin iclasında çıxış edir.
Qeyd edək ki, ümumilikdə iclasda Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin xarici işlər nazirləri və nazir müavinləri iştirak edir.