Azad Cəfərli kimiləri NECƏ VƏZİFƏYƏ TƏYİN OLUNUR? – “Azad yoldaş bu qurumda bir padşah kimi at sürüb…”
“Mədəniyyət Nazirliyində baş verənlər, DTX tərəfindən həyata keçirilən əməliyyatlar və sair cəmiyyət məlumatlıdır” deyə açıqlamasına davam edən S.Adıgözəlli KTN-nin yeni aparat rəhbərinin özkeçmişindən maraqlı faktları təqdim edib:
“Bu millətin mədəni irsinə rəhbərlik edən Azad yoldaş qurumda bir padşah kimi at sürüb.
Taksi sürücüsünu vəzifəyə gətirməkdən tutmuş adı olub özü olmayan işçiləri adına maaş yazmağa qədər. Keçmiş nazir ilə daha nələrə əlbir olduqları da ayrı mövzudur.
İndi siz adamın iş karyerasına baxın.
Əmək fəaliyyətinə Xarici işlər nazirliyində başlayır, daha sonra Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olur. İndi də Kənd Təsərrüfatı nazirliyinin aparat rəhbəri təyin edilir.
Xaric işlər, mədəniyyət sahəsində hansı nəaliyyətləri göstərdi bu yoldaş ki, indi Kənd təsərrüfatı istiqamətinə yönləndirildi.
Bilirsiniz bunları niyə qeyd edirəm?
Hazırda minlərlə qabiliyyəti, bacarığı, dövlət əxlaqı yüksək olan gənc kadrların üzünə belə baxan yoxdur. Onlar ya özəl sektorda ya xaricdə yada işsizdir. Çünki adamları yoxdur”.
Məsələ ilə bağlı Zirveyolu.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq…