Göyçayda 34 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanılıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 5-i saat 12 radələrində 1989-cu il təvəllüdlü Şahmar Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1984-cü il təvəllüdlü Abbas Əliyevin qonşusu Şahmar Kərimovu aralarında yaranan mübahisə zamanı Göyçay şəhəri, H.Z.Tağıyev küçəsində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Abbas Əliyev hadisəni törətdikdən sonra istintaqa könüllü təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Göyçayda 34 yaşlı kişi öldürülüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
“Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib”, – məlumatda qeyd edilib.
Araşdırma aparılır.