Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yol qəzasına düşüb, 4 nəfər xəsarət alıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə iyulun 5-də rayonun Kurdmahmudlu kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Orxan Məhərrəmov, Ceyhun Hacıyev, Afiq Aslanov və Elnur Əhmədov xəsarət alıb.
Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
“Qəza iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib”, – məlumatda qeyd edilib.