“Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən islahatlara böyük qiymət verir”- Millət vəkili
Xəbər verdiyimiz kimi, Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü öz işinə başlayıb.
Bu bununla bağlı Sonxeber.az-a danışan deputat Elman Nəsirov bildirib ki, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə cənab prezident İlham Əliyevin geniş, əhatəli çıxışı oldu: “Cənab prezidentimiz çıxışında bir daha vurğuladı ki, Qoşulmama Hərəkatına sədrliyi Azərbaycan öz üzərinə götürür. Qarşıdakı 3 il ərzində Azərbaycan bu quruma üzv olan dövlətlərlə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirən addımlar atacaq və bu təşkilatın qəbul etdiyi prinsiplərlə üst-üstə düşən mövqe ortaya qoyacaq. Bu dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, qarşılıqlı əməkdaşlıq və bir-birinə hörmət prinsipidir. Biz bu prinsiplər üzərində fəaliyyətimizi davam etdirəcəyik”.
Deputat qeyd edib ki, cənab prezidentimiz vurğuladı ki, Azərbaycanın geniş iqtisadi potensialı və imkanları var: “Hərtərəfli islahatlar aparılır. Bu islahatlar daha da dərinləşdirilir. Xüsusilə sosial və iqtisadi sahələrdə ciddi islahatlar start verilib. Kadr islahatları keçirilir. Bundan əlavə cənab prezidentimiz vurğulayıb ki, beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən islahatlara böyük qiymət verir. Dünya Bankı son hesabatlarında Azərbaycanı iri ən islahatçı dövlətlər siyahısında göstərib.Bundan əlaqə cənab prezidentimiz qeyd edib ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasəti ilə bağlı 4 qətnamə icra olunmur. Bir çox vaxtlarda BMT-nın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar bir neçə gün ərzində icra olunur. Amma bizim üzləşdiyimiz vəziyyətlə bağlı belə bir yanaşma ortaya qoyulmur. Bu selektiv yanaşmadır. Bundan əlavə, cənab prezidentimiz qeyd etdi ki, dövlətimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb. İşğal altında olan ərazilərdə bizim tarixi abidələrimiz və mədəni irsimiz məhv edilib. Bu qəbuledilməzdir. İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan dövlətləri də bu məsələdə Azərbaycanın prinsipal mövqeyini müdafiə etməyə çağırıb. Eyni zamanda dövlət başçısı təşəkkür etdi ki, Qoşulmama Hərəkat təşkilat çərçivəsində qəbul edilmiş sənədlərdə Azərbaycanın haqlı mövqeyi müdafiə olunur,sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsibləri öz əksini tapıb. Cənab prezidentimizin digər çıxışlarında bildirib ki, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılmalı olduğunu qeyd edib. Xarici investitorları əsasən bu sahəyə cəlb etmək lazımdır. Azərbaycana son 16 il ərzində 270 milyard dollardan çox investisiya qoyulub. Bunun yarısı xarici investisiyadır. Amma onların əksəriyyəti neft-qaz sektoruna qoyulub. Qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi daha aktualdır. Qoşulmama Hərakatına daxil olan ölkələrlə bizim iqtisadi əməkdaşlığımızı inkişafı həm də bu məsələnin həllində xüsusi rol oynaya bilər”.
Elman Nəsirov vurğulayıb ki, qarşıdakı 3 il ərzində Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edəcək: “Azərbaycanın rəhbərliyi altında bu təşkilatın daha da inkişaf edəcəyinə heç kəsin şübhəsi yoxdur. Çünki Azərbaycanın potensialı və ölkəmizdəki təhlükəsizlik şərait buna imkan verir. Ən önəmlisi isə dövlət başçısının siyasi iradəsi ortadadır”.