Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Hikmət Qasımov Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin olunub.