İdman

“Linkoln” – “Qarabağ” oyunu yubileylərlə əlamətdar olub

“Qarabağ”ın Cəbəllütariqdə “Linkoln”u 1:2 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk oyunu yubileylərlə əlamətdar olub.

“Zirvə yolu”nun məlumatına görə, bu Azərbaycan təmsilçilərinin avrokuboklarda 125-ci qalibiyyəti kimi tarixə düşüb.

“Köhlən atlar” qitənin bir nömrəli klub turnirində 20-ci qələbəsini qazanıb.

Ölkə çempionunda sonuncu qolun müəllifi olan Yassin Benziya ÇL-də Azərbaycan klublarının 100-cü qoluna imza atıb. 29 yaşlı yarımmüdafiəçi həm də “Qarabağ”ın həmin turnirdə 60-cı qolunu vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir