Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə V.Zelenskinin ofisindən bildirilib.
Zelenski Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı qərara görə E.Makrona təşəkkür edib.
Görüş zamanı Fransa lideri həmkarına Ukraynanın minalardan təmizlənməsi üçün əlavə vasitələrin veriləcəyini bildirib.